Yaponiyanın ödəniş sistemi JCB (Japan Credit Bureau) Rusiyadakı əməliyyatlarını dayandırmaq qərarı verib.
Ödəniş sisteminin Rusiyada buraxdığı kartlar xaricdə, başqa ölkələrdə buraxılanlar isə Rusiya ərazisində dəstəklənməyəcək. Bu tədbirlər 14 martda qüvvəyə minəcək.
Rusiyaya qarşı sanksiyalar fonunda beynəlxalq ödəniş sistemləri “MasterCard” və “Visa” bu ölkədəki fəaliyyətlərini dayandırıb.