Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə müavinətlər üzrə 34% çox olmaqla 132 mln., təqaüdlər üzrə 25% çox olmaqla 89 mln. manat ödənilib.
Banker.az bu barədə DSMF-ə istinadən xəbər verir.
Fonddan bildirilir ki, 2022-ci ilin yanvar və fevral aylarında DSMF tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Onlardan 407 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% çox olmaqla 132 mln. manat, təqaüd ödənişləri üçün 25% çox olmaqla 89 mln. manat sərf olunub.
Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.