6 C
Baku
Sunday, December 15, 2024

Palma yağının qiymətləri tarixi rekord vurdu – Azərbaycanın bu yağa xərci 40%-dən arta bilər

Qlobal duru yağları ehtiyatlarının azalması və Ukraynadakı müharibənin təsiri də daxil olmaqla, ixrac profisitlərinin azalmasından sonra palma yağının qiyməti yaxın aylarda bir ton üçün rekord 8 100 Malayziya rinqqiti (1 938 dollar) həddinə çata bilər.

Banker.az xəbər verir ki, bunu Ceyms Fray adlı analtik Reuters-ə deyib.

Malayziyanın birjalarında may tədarükü üçün etalon palma yağı müqaviləsi çərşənbə günü bir ton üçün 6 622 rinqqit (1 583 dollar) ətrafında alınıb.

Beləliklə, ilin əvvəlində bu tərəfə qiymətlər 38% artıb.

Banker.az həmin birjanın real zaman şəraitində əldə etdiyi məlumata istinadla bildirir ki, hazırda tonu 7 318 rinqqit (1748 dollar) səviyyəsindədir.

Bildirilir ki, Rusiyanın Ukraynaya hərbi əməliyatından sonra Qara dəniz üzərindən günəbaxan yağı ixracının 60%-nin və ya 8 milyon tonunun təxirə salınacaq.

Martın 10-dan Serbiya hökuməti buğda unu, qarğıdalı və bitki yağının ixracını qadağan edəcək.

“Bir ay əvvəl biz Qara dəniz günəbaxan duru yağının ixracının 2 milyon tondan çox artaraq 2021/22-ci illər 13.5 milyona çatacağını gözləyirdik” – deyə Fray deyib.

Azərbaycan 2021-ci ildə Malayziya və İndoneziyadan 50 530 ton həcmində (2020-ci ildə isə: 64 127 ton) xam palma yağını $61.94 milyona (2020: $54.85 mln.) idxal etmişdi. Beləliklə, ölkəmizə cari ildə palma yağının bahalaşması nəticəsində son ildə orta statistik olaraq hər tonuna görə $855.4-dən  $1 225.9-a qədər bahalaşıb.

Hadisələr belə davam edərsə 2022-ci il üçün Azərbaycan bu xam yağ üzrə xərci minimum 40% artacaq.

32323234234432

Son xəbərlər
Digər xəbərlər