11 C
Baku
Monday, November 25, 2024

Rusiya XİN Çernobıl və Zaporojye AES-lərlə bağlı açıqlama verib

Ukraynanın Çernobıl və Zaporojye Atom Elektrik Stansiyalarının (AES) Rusiya tərəfindən nəzarətə götürülməsi Kiyevin nüvə təxribatlarının təşkilinin qarşısını almaq üçün edilib. Bunun riskləri tamamilə mümkündür.

Bunu Rusiya xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı Çernobıl və Zaporojye atom elektrik stansiyaları və onlara bitişik ərazilər üzərində nəzarəti ələ keçirib. Bu addım istisnasız olaraq ukraynalı millətçi və digər terror qruplaşmalarının, eləcə də xarici muzdluların mövcud vəziyyətdən istifadə edərək nüvə təxribatları təşkil etməyin qarşısını almaq üçün atılıb. Bu risklər həqiqətən də mövcuddur”, – Zaxarova brifinqdə vurğulayıb.

O, Çernobıl və Zaporojye AES-lərdə vəziyyətə ukraynalı mütəxəssislər və Rusiya hərbçiləri tərəfindən birgə nəzarət edildiyini söyləyib: “Hər iki stansiyada radiasiya fonu normaldır”.

Son xəbərlər
Digər xəbərlər