Dorita Daniels 99 yaşına çatana qədər həyatda bir çox hadisə ilə üzləşib. O Böyük Depressiyanın, hər iki dünya müharibəsinin və Qara dərililərin vətəndaşlıq haqqı uğrunda hərəkatın şahidi olmuşdur. Lakin onun həyatında ən əhəmiyyətli hadisələrdən biri elə bu yaxınlarda baş verir. Belə ki, 6 il gərgin zəhmətdən sonra o universitet bitirə bilir.
Dorita 2009-cu ildə təhsil almağa başlayır. Onu təhsil almağa ilhamlandıran isə o dövrdə magistr təhsili alan nəvələri olmuşdur.
O təhsil aldığı müddətdə sürücülük vəsiqəsini itirmiş və iki dəfə ürək tutmasına məruz qalmışdır. Lakin o bütün bunlara baxmayaraq ən zəhmətkeş tələbə olaraq qalmışdı. Dorita diplomla mükafatlandırılma mərasimində demişdi: “Mən istədiyimi etdim və mənim arzum gerçəkləşdi”.
Müəllimlərin bildirdiyinə görə, Daniels var gücü ilə çalışırdı. Ona xüsusi çətinlik yaradan isə kompüterlə bağlı tapşırıqlar idi. Lakin o bütün maneələrin öhdəsindən gəlməyi bacardı. Onun tələbələrə nə məsləhət verə biləcəyi ilə bağlı suala dorita belə cavab vermişdi: “Heç vaxt təslim olmayın. İşi sona çatdırın. Heç kimin sizə maneə yaratmasına imkan verməyin. Deyin: Mən bunu edəcəm! və bunu özünüz üçün edin”.