9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan ilə İran arasında müştərək bank yaradıla bilər

Azərbaycan ilə İran arasında müştərək bankın yaradılması məsələsi müzakirə edilir. Bu bankın yaradılması ölkələrimizin iqtisadi əlaqələrinin daha da yaxınlaşmasına təkan verəcək və qarşılıqlı sərmayə qoyuluşuna böyük kömək göstərəcək. Müştərək bankın yaradılması dost və qardaş ölkələr olan Azərbaycanın və İranın qarşılıqlı maraqlarına uyğundur.

Bu fikirləri AzərTAc-a müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri əlaqələrin inkişafında böyük rol oynayıb. Buna misal olaraq ticarət dövriyyəsinin artmasını göstərmək olar. İki ölkə arasında ticarət dövriyyəsinin artması Astara və Biləsuvar gömrük-keçid məntəqələrinin iş rejimlərinin 24 saata keçirilməsi zərurətini yaradıb. Hazırda hər iki dövlətin müvafiq qurumları danışıqlar aparır. Yaxın gələcəkdə hər iki gömrük-keçid məntəqəsində iş rejiminin artırılması gözlənilir.

Səfir Azərbaycanın iqtisadi vəziyyətinin yüksək səviyyədə olduğunu, gələcəkdə iqtisadiyyatın daha da inkişaf edəcəyini vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək dövlətlərimiz arasındakı münasibətlərin inkişafına nail olublar. Səmimi dostluq əlaqələrinə malik prezidentlər regional təhlükəsizliyə dair məsələləri birgə dəyərləndirirlər.

Son xəbərlər
Digər xəbərlər