1 May 2015-ci il tarixində ölkədə depozitlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozitlər üzrə orta manatla faiz dərəcəsi manatla 8.82% , xarici valyuta ilə isə 8.31% təşkil edib.
Bununla yanaşı hüquqi şəxslər üzrə depozitlər orta faiz dərəcəsi manatla 5.88%, xarici valyuta ilə 3.93%, fiziki şəxslər üzrə isə manatla 9.58%, xarici valyuta ilə isə 9.51% təşkil edib.
O cümlədən 1 aya qədər verilən depozitlər manatla 9.24%, xarici valyuta ilə 4.37% olub.