6 C
Baku
Monday, December 16, 2024

ABŞ-ın tanınmış filosofu Rusiyanın Ukraynada “hər mənada məğlub olacağı” qənaətindədir

Dünyanın tanınmış analitikləri Rusiyanın Ukraynaya işğalının nəticələrini və dünya düzəninin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar. Bunlardan biri də ABŞ və dünyanın tanınmış filosofu və analitiki Frensis Fukuyamadır. O Amerika dərgilərindən birində Rusiyanın Ukraynaya işğalı ilə bağlı 12 maddəlik proqnozunu dərc edib.

Birincisi, Fukuyama Rusiyanın Ukraynada hər mənada məğlub olacağı qənaətindədir. Fukuyama bunu belə izah edib: “Kreml elə bilirdi ki, Ukrayna ordusu işğalın ilk günü təslim olacaq, döyüşməyəcək və rus hərbçiləri Kiyevin mərkəzində rahat hərbi parad keçirəcəklər. Ancaq hazırda Rusiya ordusu Ukrayna ərazisində ilişib, ukraynalıların əks-həmlələri rus hərbçilərini yorur, resurslarını azaldır”.

Kreml hələ ki, itkilərini etiraf etmir, ancaq müharibənin uzanması Rusiyanın enerjisini tükəndirir, ordusunun və hərbi texnikasının qüsurlarını üzə çıxarır.

İkincisi, Fukuyamanın fikrincə, hazırki şərtlər daxilində məsələnin diplomatik həlli yoxdur: “Eyni zamanda həm Rusiyanın, həm də Ukraynanı qane edəcək güzəşt variantı yoxdur”. Amerikalı alim BMT-nin bu münaqişədə də özünü tam mənasız təşkilat olduğunu göstərdiyini vurğulayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu deyir ki, F.Fukuyama haqlıdır.

“BMT sadəcə fikir mübadiləsi üçün məkandır. BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən birinin veto hüququndan istifadəsi kifayətdir ki, bu beynəlxalq təşkilat fəaliyyətsiz duruma düşsün. Səs çoxluğu ilə qəbul olunan qərarlar da yerinə yetirilmir” -deyə Şahinoğlu bu məsələyə şərhində bildirir.

Üçüncüsü, Fukuyama hesab edir ki, Ukraynaya hərbi təyyarələrin verilməsi heç nəyi həll etməyəcək. Onun fikrincə, Ukraynaya daha çox tank əleyhinə Javelin, təyyarələri və helikopterləri vura bilən Stingerlər vermək lazımdır. Yəni amerikalı alimin qənaətinə görə, ukraynalılar özləri döyüşməli, ancaq onları döyüşləri davam etdirmək üçün hərbi texnika ilə təmin etmək lazımdır.

Ukraynanın əsas hərbi hava limanları dağıdılıb. Rusiya Ukrayna səmasında tam üstünlüyə malikdir. NATO ölkələri Ukraynaya hərbi təyyarələr versələr belə, bu təyyarələrin havaya qalxması üçün hava limanları yoxdur.767

Dördüncüsü, Fukuyama Rusiyanın məğlubiyyətinin Kreml sahibi Vladimir Putinin qüdrətini zəiflədəcəyini proqnozlaşdırıb: “Vladimir Putini bugünə qədər ona görə dəstəkləyirdilər ki, o güclüdür. Onun Ukraynada müharibədə zəifliyi özünü biruzə verən kimi ağır günləri başlayacaq. Putinin Avropadakı az saylı dostları da ondan üz döndərib”.

E.Şahinoğlu da bunu təsdiqləyir və həqiqətən Putinin reytinqi hərbi müdaxiələlər zamanı artdığını bildirir.

“Ancaq Putinin ilk dəfə üzləşəcəyi məğlubiyyət onun reytinqinə mənfi təsir edəcək. Digər tərəfdən Kreml sahibinin ətrafındakı fiqurlar məğlubiyyət halında ondan uzaqlaşmağa çalışacaqlar. Amerika kəşfiyyatı Putinin beyin pozqunluğu barədə məlumat yayıb. Bu informasiya müharibəsinin tərkib hissəsidir. Çünki bu xəbər internetdə və sosial şəbəkələrdə geniş yayılıb. Bu xəbəri oxuyan Kreml sahibinin ətrafı kimə xidmət etdiyini anlamalıdır”.

Beşincisi, Fukuyamanın fikrincə, Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər Çin üçün dərs olmalıdır: “Çin də Rusiya kimi hərbi texnikasını modernləşdirməyə çalışır. Ancaq Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətinin yüksək olmadığını göstərdi. Deməli, Çin də hər hansı məntəqədə müharibə başlayarsa eyni problemlə üzləşəcək. Ona görə Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Əks halda Çin Tayvanla müharibədə Rusiyanın Ukraynada üzləşdiyi oxşar çətinliklərlə üzləşəcək”.

Belə düşünülürdü ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Çini Tayvana hərbi müdaxiləyə həvəsləndirə bilər. Bu o zaman baş verərdi ki, Rusiya Ukrayna ilə müharibədə ilk gündən uğur qazanardı və Qərbi reaksiyasi zəif olardı. Hadisələri diqqətlə müşahidə edən Pekin tələsmədi. Çünki Rusiya Ukraynada problemlərlə üzləşdi və Qərbin hərtərəfli sanksiyalarıyla üzləşdi. Buna baxmayaraq, Çin hərbi gücünü artırır və Tayvanı ələ keçirmək planlarından imtina etməyib. Çin münasib zaman gözləyir.

Son xəbərlər
Digər xəbərlər