3 C
Baku
Saturday, December 14, 2024

Qənaət etmək üçün “6 küpə” üsulu nədir?

Küpə üsulu – şəxsi və yaxud ailə büdcəsini təşkil etməyin ən effektiv üsulalrından biridir. Bu zaman sizə lazım olan yeganə şey xərcləməyi planlaşdırdığınız məbləği 6 küpə üzrə bölməkdir. Hər küpə həyatınızın bir sahəsinə cavabdehdir. Beləliklə, planlaşdırdığınız məbləğdən artıq pul xərcləməyəcəksiniz.

1-ci küpə: ən vacib olan xərclər (büdcənizin 55%-i)

Bu “küpədə” saxladığınız pullar gündəlik xərclər və hesabların ödənməsi üçün nəzərdə tutulub. Bu xərclər həmçinin sizin mənzil və nəqliyyat haqqınızı, ödəməli olduğunuz vergiləri və ərzaq məhsulları üçün nəzərdə tutulmuş xərcləri əhatə edəcək.

2-ci küpə: əyləncə (büdcənizin 10%-i)

Büdcənizin bu hissəsini adətən etmədiyiniz alış-verişlərə  və yaxud həftə sonları harasa istirahətə yollanmaqla xərcləyə bilərsiniz. Buradakı pulları belə desək ürəyinizə xoş olan şəkildə sərf edə bilərsiniz.

3-cü küpə: qənaət (büdcənizin 10%-i)

Bu sizin gələcək maliyyə sərbəstliyinizin zəmanətçisidir. Bu küpədə olan pullar investisiya və passiv gəlir mənbələrinin yaradılması üçün istifadə ediləcək. Tam şəkildə maliyyə sərbəstliyi əldə etmədən bu pulları xərcləməli deyilsiniz. Hətta bu halda belə qənaət etdiyiniz pullar hesabına əldə etdiyiniz pulları xərcləməlisiniz, qənaət etdiyiniz pulları deyil.

4-cü küpə: təhsil (büdcənizin 10%-i)

Burada saxladığınız pullar gələcək təhsiliniz və şəxsi inkişafınız üçün nəzərdə tutulub. İnvestisiya pul yatırmaq üçün əla üsuldur, siz isə ən qiymətli aktivsiniz. Bunu heç vaxt unutmayın. Bu pulu kitab, təlim diskləri və yaxud kurslara xərcləyin. Bütün bunlar sonradan sizə geri dönəcək.

5-ci küpə: şəxsi ehtiyatlar (büdcənizin 10%-i)

Bu ehtiyatları nəhəng alış-verişlər üçün istifadə edə bilərsiniz. Onlardan yeni məişət əşyası almaq, abunə haqlarını və yaxud avtomobil ödənişləri üçün istifadə edə bilərsiniz.

Bu belə desək sizin ehtiyat fondunuzdur.

6-cı küpə: xeyriyyəçilik və hədiyyələr (büdcənizin 5%-i)

Bu pulları ad günləri, toy və yaxud hər hansı bayramlarda aldığınız hədiyyələr üçün istifadə edin. Bundan əlavə, bu pulları hər hansı xəstəliklə mübarizə üçün xeyriyyə fondlarına, heyvan sığınacaqlarının təşkil edilməsi fondlarına və yaxud sadəcə yoxsul şəxslərə yardım etmək üçün istifadə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər