3 C
Baku
Saturday, December 14, 2024

“İkili qartal” uğrunda mübarizə

ABŞ-da 1849-cu ildən 1933-cü ilə qədər zərb edilən 20 dollar dəyərində və “İkili qartal” (Double Eagle) adlı qızıl sikkə var. 1933-cü ilə məxsus bu sikkə dünyanın ən bahalı qəpiyi hesab edilir. Demək olar ki, bütün digər “İkili qartal”-lar 1933-cü ildə ABŞ-ın qızıl sikkə standartından imtina etməsindən sonra F.D. Ruzvelt tərəfindən məhv edilib. “Sağ qalmış” sikkələrdən biri təqribən     7 600 000 dollara satılmışdı. Hazırda isə ABŞ-da hələ də mövcud olan 10 ədəd belə sikkə uğrunda ştat sakinləri və ölkə rəhbərliyi arasında belə desək mübarizə gedir.

Mövcud olan və hazırda məhkəmənin qərarı ilə Fort-Knox-da saxlanılan bu 10 ədəd sikkənin tarixçəsi isə belədir: Coan Lanqbord onları atası İsrael Svitt dünyasını dəyişdikdən sonra əldə edir. Belə ki, o onları bankda öz adına kirayə edilmiş bank hücrəsindən tapır. Onun atası sağ ikən zərgər idi və qızının iddiasına görə o sikkələri məhv etməsi üçün əldə etmiş ola bilərdi. Hökumət isə bu iddiaya inanmır və onların qızıl xəzinəsindən oğurlandığını və buna görə də dövlətə məxsus olduğunu bildirir. Qeyd edək ki, sikkələr Coan Lanqborddan müsadirə edilmişdir. Hələ ki, bu problemin həll yolu tapılmamışdır.

Son xəbərlər
Digər xəbərlər