Bank maliyyə göstəricilərini açıqladı

TuranBankın aktivləri 377,1 mln. manat təşkil edib.

Bankdan Banker.az-a daxil olan məlumata əsasən, 2015-ci ilin iyunun 1-nə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39%, ilin əvvəlinə nisbətən isə 18% artaraq 377,1 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar-may ayı ilə müqayisədə 35%, ilin əvvəlindən isə 20% artaraq 264,9 mln. manata çatmışdır.

1 iyun 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35%, ilin əvvəlinə nisbətən isə 22% artaraq 174,8 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,9%, cari ilin əvvəli ilə müqayisədə isə 14,5% artaraq 82,7 mln. manat olmuşdur.

2015-ci ilin iyun ayının 1-nə Bankın nizamnamə kapitalı 47 mln. manat, məcmu kapitalı isə 51,7 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-may aylarının fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 13,085 mln. manat, xərcləri isə 14,005 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın zərəri 920 min manat olmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər