15 C
Baku
Sunday, November 24, 2024

Zəngilan-Cəbrayıl bölgəsində tikiləcək GES-in dəyəri açıqlanıb

BP şirkətinin Zəngilan-Cəbrayıl zonasında tikəcəyi 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) dəyəri açıqlanıb.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev açıqlama verib.

Onun sözlərinə stansiyanın inşası təxminən 200 milyon ABŞ dollarına başa gələcək.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.

İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.

Ötən ilin fevral ayında Energetika Nazirliyi və BP arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da imzalanmışdı.

Son xəbərlər
Digər xəbərlər