Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa Şurasından çıxmasının səbəblərini açıqlayıb.
O, bu barədə RBC telekanalına müsahibəsində məlumat verib.
“Bu qərar çoxdan qəbul olunub. Çünki o qurum tamamilə deqradasiyaya uğrayıb”, – Rusiya XİN başçısı deyib.
S.Lavrov həmçinin rəsmi Kiyevlə davam edən danışıqlarda Ukraynanın neytral statusunun müzakirə olunduğunu bildirib.