Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Putinlə Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış sazişlərin icrasına toxunublar.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Paşinyanın apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələsi müzakirə edilib.