Amerikanın prosessor istehsalçısı “Qualcomm” Rusiya şirkətlərinə satışları dayandırıb, bu barədə onun vitse-prezidenti Neyt Tibbits məlumat verib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirilir ki, qərar Ukraynada hərbi əməliyyatla bağlı qəbul edilib.
“Biz ABŞ-ın sanksiyalarına və qanunlarına əməl edirik və Rusiya şirkətlərinə məhsul satışını dayandırırıq”, – deyə cənab Tibbits “Twitter”ində yazıb. O, həmçinin şirkətin Ukraynaya yardım göstərən xeyriyyə təşkilatlarına dəstək verdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Ukraynada hərbi-siyasi vəziyyətin gərginləşməsi fonunda Slovakiyanın “ESET” şirkəti Rusiyavə Belarusdan olan istifadəçilər üçün satışları dayandırdığını açıqlamışdı. Bir sıra beynəlxalq şirkətlər Rusiyada fəaliyyətini, bəziləri isə investisiyaları dayandıracaqlarını bildirib.