14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın ilkin gəlirlər balansındakı kəsir $1.3 mlrd.-a qalxdı

2021-ci ildə Azərbaycanda ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.8 mlrd. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 0.5 mlrd. dollar profisit olmuşdur.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Qeyd edək ki, ilkin gəlirlər dedikdə əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlərnəzərdə tutulur.

Nəticədə ilkin gəlirlər balansında kəsir 2.9 dəfə artaraq 1.3 mlrd. dollar təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.9 mlrd. dollar olmuşdur. Bunun 63.3%-i (3.1 mlrd. dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir.

Bu məbləğin isə əsas hissəsini (2.3 mlrd. dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.1 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 mlrd. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.3 mlrd. dollar) və digər ödənişlər (0.2 mlrd. dollar) təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər