Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi fevral ayında da davam edib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
2022-ci ilin fevralında bankların əmanət portfeli 4.4% (412.9 mln. manat) artaraq 9 mlrd. 869.7 mln. manat təşkil edib.
Əmanət portfelinin 55%-i, yaxud 5 mlrd. 426.5 mln. manatı fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.6 faiz bəndi azalaraq 40.4% təşkil etmişdir.