12 C
Baku
Wednesday, December 11, 2024

Belarus Ukraynanın Brestdəki konsulluğunu bağlayıb

Belarus bəzi ukraynalı diplomatları Minskdəki səfirliyi tərk etməyə dəvət edib və Ukraynanın Brestdəki Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edib.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Qlaz deyib ki, Ukrayna Səfirliyi Belarusda “1+4” formatında, yəni səfir və dörd işçi ilə fəaliyyətini davam etdirəcək.

“Biz Ukraynanın Belarusdakı Səfirliyinin və Baş Konsulluğunun bir sıra əməkdaşlarının diplomatik statusla bir araya sığmayan fəaliyyətindən xəbərdar idik. Bu addım Ukraynanın xarici nümayəndəliklərinin bir sıra əməkdaşlarının qeyri-diplomatik fəaliyyətini dayandırmaq məqsədi daşıyır. Onlardan 72 saat ərzində ölkəni tərk etmələri tələb olunub”, – Qlaz qeyd edib.

Son xəbərlər
Digər xəbərlər