13 C
Baku
Thursday, May 16, 2024

Ərdoğan “S-400”lərin Ukraynaya verilməsi məsələsinə aydınlıq gətirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400” HHM zenit-raket sisteminin Ukraynaya verilməsi məsələsinə aydınlıq gətirib.

“S-400 məsələsi Türkiyə üçün bağlıdır. Bu, ölkənin mülkiyyətidir”, – Ərdoğan bildirib.

O, Rusiyaya qarşı sanksiya məsələsinə də toxunub.

“Türkiyə BMT-nin Rusiyaya qarşı sanksiya sahəsində müəyyən etdiyi istiqamətlərə sadiqdir, ancaq Moskva ilə münasibətləri, Rusiyadan qaz tədarükü və “Akkuyu” AES məsələsini də diqqətdən kənarda qoya bilməz”, – prezident jurnalistlərə açıqlamasında söyləyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər