2 C
Baku
Saturday, December 14, 2024

Rusiya istehsalı olan bu smartfonlar işləməyəcək – SƏBƏB

“Google” Rusiyanın yerli şirkətləri tərəfindən istehsal edilən smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdırmağı dayandırıb.

Bu barədə “Mobile Research Group” şirkətinin analitiki Eldar Murtazin “Telegram” kanalında bildirib.

Qeyd edək ki, Rusiyanın bir neçə yerli şirkəti Android smartfonların istehsalı ilə məşğul olur. Android platforması özü pulsuzdur və açıq mənbə koduna sahibdir. Lakin buna baxmayaraq əgər istehsalçılar platforma daxilində “Google” servislərindən istifadə etmək istəyirlərsə, onlar sertifikatlaşdırma prosesindən keçməlidirlər.

“Google” şirkəti bu qərarının ABŞ sanksiyalarının tərkib hissəsi kimi eksport qanunu ilə bağlı olduğunu açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər