Çətin ki, bu gün İstanbulda Rusiya-Ukrayna danışıqları davam etsin.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çətin ki, danışıqlar bu gün davam etsin. Bu gün, həqiqətən nümayəndə heyətləri Türkiyəyə yola düşürlər. Amma biz danışıqların nəzəri olaraq sabah baş tuta biləcəyini gözləyirik”, deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.