®AFB Bank müştərilərinin bank xidmətlərinə əlçatanlığını daha sürətli etmək üçün internet bankçılıqla bağlı yeniliklər edir.
12 mart 2022-ci il tarixində “Four Seasons” hoteldə AFB Bankın “İnternet bankçılığı” mövzusunda təqdimat mərasimi keçirilib. Müştərilərinin internet bankçılığı üzrə maliyyə savadlılığının artırılmasına yönəlmiş tədbir 3 saatlıq interaktiv formatda baş tutub və bankın yenilənmiş internet bankçılıq platforması təqdim edilib.
Tədbirə AFB Bankın heyəti və kredit təşkilatının korporativ müştəriləri də daxil olmaqla 70-ə yaxın iştirakçı qatılıb. İştirakçıların sualları AFB Bankın əməkdaşları tərəfindən cavablandırılıb. Qarşılılıqlı müzakirələr zamanı edilən əlavə təkliflər gələcək işlərdə nəzərə alınmaq üzrə qeydə alınıb.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.