Həm Fələstinə, həm də İsrailə may ayının ortalarında səfər edəcəyik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bu bölgədəki təbii qazın da Türkiyədəki boru xətlərinə qoşularaq Avropaya nəqli planlaşdırılır.
Nazir qeyd edib ki, Türkiyə və İsrailin qarşılıqlı şəkildə səfirlərinin təyin edilməsi məsələsi növbəti görüşdə gündəmdə olacaq.