®ABB mobile tətbiqinin imkanları daha da genişlənib. Tətbiqə Fayda proqramı ilə bağlı yeni funksiya əlavə edilib. ABB mobile vasitəsilə toplanmış Faydalarla indi ödənişlər də aparmaq olar.
Fayda ABB-nin loyallıq proqramıdır. Ödənişlərini ABB mobile tətbiqi ilə edən bütün müştərilər Faydalar toplayırlar. İndiyə qədər Faydalarla yalnız hədiyyələr qazanmaq olurdu. İndi isə Fayda-larla elə ABB mobile-dan müxtəlif kommunal, rabitə, vergi və s. ödənişləri də aparmaq mümkündür. Fayda proqramı tətbiqin “Sizə özəl” bölməsindədir.
Müştəri ABB mobile tətbiqində qeydiyyatdan keçəndə ilkin olaraq 2000 “Xoşgəldin Fayda-sı” qazanır. Ondan sonra tətbiqdə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni Fayda-lar qazandırır. Toplanmış Fayda-ları balansda dərhal görmək olur. Fayda-lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Fayda loyallıq proqramı barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.