Rusiyanın Baş nazir Mixail Mişustin bildirib ki, aprelin 9-dan Rusiya koronavirusla mübarizədə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırır və 50-dən çox dost ölkə ilə əlaqəni bərpa edir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mişustin qeyd edib ki, xəstələnmə nisbəti azalır, bu da Rusiya aviaşirkətləri üçün mövcud olan istiqamətləri genişləndirməyin vaxtıdır. “İndi biz Argentina, Hindistan, Çin, Cənubi Afrika və digər dost dövlətlər də daxil olmaqla 52 ölkə ilə uçuşları bərpa edirik”, – baş nazir bildirib.
Aşağıdakı ölkələrlə uçuşlar bərpa olunub:
1. Əlcəzair
2. Argentina
3. Əfqanıstan
4. Bəhreyn
5. Bosniya və Herseqovina
6. Botsvana
7. Braziliya
8. Venesuela
9. Vyetnam
10. Honkonq
11. Misir
12. Zimbabve
13. İsrail
14. Hindistan
15. İndoneziya
16. Hindistan
17. İraq
18. İordaniya
19. Keniya
20. KNDR
21. Kosta-Rika
22. Küveyt
23. Livan
24. Lesoto
25. Mavriki
26. Madaqaskar
27. Malayziya
28. Maldiv adaları
29. Mərakeş
30. Mozambik
31. Moldova
32. Monqolustan
33. Myanma
34. Namibiya
35. Oman
36. Pakistan
37. Peru
38. Səudiyyə Ərəbistanı
39. Seyşel adaları
40. Serbiya
41. Suriya
42. Tailand
43. Tanzaniya
44. Tunis
45. Türkiyə
46. Uruqvay
47. Fici
48. Şri-Lanka
49. Efiopiya
50. CAR
51. Filippin
52. Peru
53. Yamayka
54. Çin