18 C
Baku
Friday, November 22, 2024

Uorren Baffetin şirkəti “HP”də 4.2 mlrd. dollarlıq pay alıb

ABŞ-ın kompüter və printer istehsalçısı “HP”nin səhmləri 9.94% artaraq bir səhm üçün 38.38 dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, bunu NASDAQ birjasının məlumatları təsdiq edir.

Qeyd edildiyi kimi, “HP”nin səhmləri Uorren Baffetin “Berkshire Hathaway” şirkətinin 4.2 milyard dollarlıq pay alması və təxminən 121 milyon səhmə sahib olması xəbəri fonunda yüksəlib. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytında bildirilib.

“Berkshire Hathaway” – dünyanın ən hörmətli investorlarından biridir və biz onu HP-nin investoru kimi alqışlayırıq” – deyə “HP” sözçüsü bildirib. Xatırladaq ki, “HP” səhmləri keçən il 53% artıb, lakin 2022-ci ilin əvvəlindən aprelin 6-sından etibarən 7.3% ucuzlaşıb.

Martın sonunda Baffetin holdinqi “Alleghany” investisiya şirkətini hər səhm üçün 848.02 dollara (ümumi 11.6 milyard dollara) alıb. Həmçinin, “Berkshire Hathaway” “Occidental Petroleum” neft şirkətinin 136.4 milyon səhmini və ya onun dövriyyədə olan bütün kağızlarının demək olar ki, 14.6%-ni alıb. Bu paket “Berkshire Hathaway”in ən yaxşı 10 ümumi səhm mərclərindən biridir.

Son xəbərlər
Digər xəbərlər