7 C
Baku
Sunday, December 15, 2024

G7-dən Rusiyaya kimyəvi, bioloji və nüvə silahları ilə bağlı – Xəbərdarlıq

“Ukraynadakı iyrənc hərəkətləri və vəhşiliklərinə görə Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlüyünü dayandırmağın vaxtı çatıb”.

Bu barədə G7 (Böyük yeddilik) ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.

“Mülki əhalinin ölümü, işgəncə qurbanları və açıq-aşkar edamlarla bağlı dəhşətli görüntülər, həmçinin cinsi zorakılıq və mülki infrastrukturun dağıdılması ilə bağlı xəbərlər Rusiyanın Ukraynaya və onun xalqına qarşı amansız təcavüzkar münasibətinin əsl simasını göstərir”, – deyə birgə məlumatda qeyd olunub.

Bəyanatda Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması çağırışı edilib.

Bəyanatda G7-nin xarici işlər nazirləri Moskvanı “hər hansı kimyəvi, bioloji və ya nüvə silahı təhlükəsi və ya istifadəsinə qarşı” xəbərdar edərək, Rusiyanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini xatırladıblar.

“Rusiya tərəfindən belə silahdan istənilən istifadə qəbuledilməzdir və ciddi nəticələrə səbəb olacaq”, – XİN rəhbərlərinin bəyanatında deyilir.

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər