11 C
Baku
Tuesday, November 26, 2024

Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews”a müsahibəsində verib.

“Təsəvvür edin ki, NATO üzvü olan Ukrayna Krımın geri qaytarılması üçün Rusiyaya hücum edir. NATO-nun Nizamnaməsinin 5-ci maddəsini tətbiq edərək, nüvə silahına malik olan Alyans ölkələri Ukraynanı müdafiə etməli olacaq ki, bu da Üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Hazırda görülən işlər bizi belə bir müharibənin potensial təhlükəsindən qoruyur”,-deyə Peskov bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər