2 C
Baku
Saturday, December 14, 2024

Blinken Çavuşoğlunu müzakirələr üçün ABŞ-a dəvət edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken onu mayın 18-də Vaşinqtona səfərə dəvət edib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

“Biz ABŞ-la yeni növ F-16-ların alınması ilə bağlı danışıqlar aparırıq, danışıqlar yaxşı gedir. Onlar Rusiya Federasiyasından alınan S-400-lərdən narazılıqlarını davam etdirirlər, lakin bu sövdələşmənin həyata keçirilməsinin NATO üçün vacib olduğunu da etiraf edirlər”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Çavuşoğlu həmçinin vurğulayıb ki, ABŞ rəsmisi ilə görüşdə digər məsələlər də müzakirə ediləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər