7 C
Baku
Sunday, December 15, 2024

“Azəralüminium”un korporativ strukturu təsdiq edilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin korporativ strukturu təsdiq edilib.

Bu barədə ASK məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar “Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasının növbəti iclasında verilib.

Bundan başqa, Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının əsasnaməsinin layihəsi, korporativ katibinin əsasnaməsi və Cəmiyyətin korporativ strukturunun təşkili kimi məsələlər müzakirə olunub, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilib.

Sonda müzakirə olunan məsələlər üzrə Müşahidə Şurasının əsasnaməsinin layihəsi məqbul hesab edilib və Ümumi Yığıncağa təqdim edilməsinə razılıq verilib. Bununla yanaşı korporativ katibinin əsasnaməsi təsdiq edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər