2 C
Baku
Saturday, December 14, 2024

Kreml Baydenin Ukraynada baş verənləri soyqırımı adlandırmasına münasibət bildirib

Kreml vəziyyəti təhrif etmək üçün bu cür cəhdləri qəbuledilməz hesab edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin ukraynalıların “soyqırımı” ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“Biz onlarla qətiyyən razılaşmırıq, vəziyyəti bu cür təhrif etmək cəhdini qəbuledilməz hesab edirik, xüsusən də, artıq dediyimiz kimi, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün o qədər də qəbul olunan deyil. Çünki, hamıya məlumdur ki, ABŞ yeni və ən müasir tarixdə hansı əməllər törədən ölkədir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər