8 C
Baku
Monday, November 18, 2024

Yunanıstan pandemiya ilə bağlı məhdudiyyətləri müvəqqəti ləğv edir

 

Bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.

Nazir qeyd edib ki, turizm mövsümündə ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı və maska tələb olunmayacaq.

Mayın 1-dən avqustun 31-dək restoran, bar və ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı tələb olunmayacaq. İyunun 1-dən isə qapalı məkanlarda maska tələbi ləğv ediləcək. Ölkəyə giriş üçün vaksin sertifikatı tələbi isə qüvvədə qalır.

Nazir qeyd edib ki, sentyabrda vəziyyət yenidən təhlil edilərək müvafiq qərar veriləcək.

Son xəbərlər
Digər xəbərlər