19 C
Baku
Friday, September 20, 2024

Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniya kansleri Olaf Şoltsu Kiyevə növbəti silah tədarükü ilə bağlı mümkün qədər tez qərar verməyə çağırıb.

Bu barədə ARD televiziya kanalı xəbər verir.

Kuleba vurğulayıb ki, Almaniya əvvəllər silah tədarükünə razılıq versəydi, hərbi əməliyyatların qarşısını almaq olardı.

Nazir yenidən neft idxalına embarqo da daxil olmaqla Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb:

“Almaniya Avropanın aparıcı ölkəsidir. Və biz bu rola ümid edirik”.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib ki, Kiyevin ağır silahlara ehtiyacı var və indi bu məsələdə bəhanə axtarmağın vaxtı deyil.

Son xəbərlər
Digər xəbərlər