Almaniyanın Focus nəşrinin verdiyi məlumata görə, PayPal, Amazon və iTunes xidmətləri artıq yunan kredit kartları ilə edilən ödənişləri qəbul etmir. PayPal şirkətinin mətbuat katibinin verdiyi məlumata görə, bu qərar Yunanıstan rəhbərliyinin atdığı addımlar ilə əlaqədar olaraq verilmişdir. O həmçinin şirkətin gələcəkdə yunan müştərilər ilə işləməyə davam edə biləcəyinə ümid etdiyini də dilə gətirmişdir.
Avrozona maliyyə nazirləri şurası bu günlərdə Yunanıstan ilə ölkəyə maliyyə yardımı ilə bağlı danışıqları referenduma qədər yeniləməcəyini bildirmişdi.