2026-cı ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 213 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 21.6% artıb.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.







