17 C
Baku
Saturday, May 4, 2024

İKZF-nin 50 mln. manatlıq istiqrazları yerləşdirilib

14 aprel 2022-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 50 000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Banker.az İKZF-yə istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən İKZF-nin sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 01 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

İKZF-dən bildirilir ki, baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər