“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyaya qarşı işləməyə hazırdır”.
“News.am” xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan aprelin 15-də parlamentdə ənənvi brifinqdə bildirib.
O, Nikol Paşinyanı Rusiya-Ermənistan müttəfiqliyinə ziyan vurmaqda ittiham edib: “Onun əsas hədəfi Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxmasını təmin etməkdir”.