Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalara güzəştli pensiya hüququ müəyyənləşir.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Başqa sözlə, layihəyə əsasən, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququnun verilməsi nəzərdə tutulur.