8 C
Baku
Monday, November 18, 2024

Nyu-Dehlidə nəqliyyat işçiləri tətil edirlər

Hindistanın paytaxtı Nyu-Dehli şəhərində taksi, mikroavtobus və avtorikşa sürücülərinin həmkarlar ittifaqları sıxılmış təbii qaz (CNG ) qiymətlərinin artmasına etiraz olaraq tətil keçirir. Tətil iştirakçıları yanacaq qiymətlərinin artması səbəbindən daşıma qiymətləri üçün müəyyən edilmiş tariflərə yenidən baxılmasını tələb edirlər.

TASS xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Xatırladaq ki, son bir ildə Hindistanda CNG qiymətləri 60% artsa da, taksi tarifləri 2015-ci ildən sonra dəyişdirilməyib.

Mətbuatın məlumatına görə, Nyu-Dehlidə ictimai nəqliyyat sahəsində 80 mindən çox taksi, həmçinin 90 mindən çox mikroavtobus və atvorikşa qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər