11 C
Baku
Wednesday, December 11, 2024

“Toshiba” Rusiyadan sifariş qəbulunu dayandırır

Yaponiyanın “Toshiba” elektrik korporasiyası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan sifariş qəbulunu dayandırdığını açıqlayıb. Bu barədə korporasiyanın press-relizində deyilir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Hazırda biz Rusiyadan yeni sifarişlər və bu ölkəyə investisiyaları dayandırırıq”, – deyə mesajda bildirilir.

Şirkət Ukraynadakı vəziyyətdən narahat olduğunu əlavə edib və bu ölkədə yardım üçün təxminən 100 milyon yen (774 min dollar) ianə etdiyini vurğulayıb.

Bundan əvvəl məlumat verilmişdi ki, Tayvanın kompüter avadanlığı istehsalçısı “Acer” Rusiyadakı fəaliyyətini müvəqqəti dayandırır.

Eyni zamanda Yaponiyanın “Bridgestone” konserni Rusiya ərazisində avtomobil şinlərinin istehsalını, həmçinin Rusiyaya tədarükləri və gələcək investisiyaları dayandırdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər