Rusiyada “RuCoLa” markasını qeydiyyatdan keçirməyə hazırlaşırlar.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Müvafiq ərizə “Rospatent”in məlumat bazasında ortaya çıxıb. Bildirilir ki, bu brend altında qazlı su, şirələr və limonadlar istehsal edilməsi planlaşdırılır. Müraciət “Çernoqolovkadan içkilər – Akvalayf” şirkəti tərəfindən təqdim edilib.
Xatırladaq ki, Amerikanın “Coca-Cola” şirkəti Ukraynada baş verən hadisələr fonunda Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı. İndi Rusiyanın “Çernoqolovkadan içkilər – Akvalayf” şirkəti “Baykal”, “Buratino”, “Sayan”, “Tarhun” və “Düşes” içkilərini istehsal edir.
Ötən il “Coca-Cola” Amerikanın “Fanta”sına bənzəyən “Fantola” brendinə görə Rusiya şirkətini məhkəməyə vermişdi. Sonra “Çernoqolovka” mübahisədə qalib gələrək markadan eksklüziv istifadə hüququnu müdafiə etmişdi.
Martın 9-u 2Coa-Cola” və “PepsiCo” Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib. “Coca-Cola” bildirib ki, “ürəkləri Ukraynada hazırda baş verən faciəli hadisələrdən əziyyət çəkən insanlarladır”.