İsrail Ukraynaya humanitar yardım göndərəcək.
Bu barədə İsrailin müdafiə naziri Benni Qantz bildirib.
İsrail müdafiə naziri bu gün ukraynalı həmkarı ilə telefon əlaqəsi saxladığını deyib.
“Müharibəyə son qoymaq üçün qlobal səylər və İsrailin Baş nazirin rəhbərliyi altında göstərilən səylərdən danışdıq. Mən İsrailin Ukrayna xalqının yanında olduğunu və bu ölkəyə kömək etməyə davam edəcəyini vurğuladım”, – İsrail müdafiə naziri qeyd edib.
Qantz vurğulayıb ki, İsrail humanitar yardım çərçivəsində Ukraynanın xilasetmə qüvvələrinə və mülki təşkilatlarına dəbilqə və jiletlər də daxil olmaqla, qoruyucu vasitələr göndərəcək.