22 C
Baku
Friday, September 20, 2024

ABŞ müdafiə naziri: “Ukrayna düzgün təchizatla Rusiyanı məğlub edə bilər”

ABŞ Ukraynanın düzgün təchizat və düzgün dəstəklə Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə inanır.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfərindən sonra Polşa-Ukrayna sərhədi yaxınlığında mətbuata açıqlamasında belə deyib.

“Onların qələbə qazanmaq imkanları baxımından – qələbə qazanmaq üçün ilk addım qalib gələcəyinə inanmaqdır. Onlar qalib gələcəklərinə inanırlar. Biz (də) inanırıq ki, onlar qalib gələ bilərlər, o halda ki, düzgün təchizat, düzgün dəstəkləri olsun. Biz bacardığımız hər şeyi edirik və bacardığımız hər şeyi etməyə davam edəcəyik”, – deyə Ostin jurnalistlərə bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər