14 C
Baku
Saturday, November 23, 2024

Kommunikasiya bağlantıları ilə bağlı Azərbaycan-İran İşçi Qrupunun iclası keçiriləcək

Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisi vasitəsilə kommunikasiya bağlantılarının yaradılması ilə bağlı İşçi Qrupun görüşü tezliklə keçiriləcək.

Bunu açıqlamasında Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

O bildirib ki, Bakıda İran – Azərbaycan Müştərək İqtisadi Komissiyanın iclası çərçivəsində bu haqda anlaşma memorandumu imzalanıb. “Hazırda bu memrandomun icrası isitqamətində işlərimiz davam edir. Hər iki tərəfdə yəni həm Naxçıvan tərəfində, həm Zəngəzur tərəfində tikiləcək körpülərin layihələndirilməsi ilə bağlı İşçi Qruplar səviyyəsində bu yaxınlarda görüşün keçirilməsi nəzərdə tutulur.

Körpülərin layihələri təsdiqləndikdən sonra iki ölkə məsul şəxslərinin iştirakı ilə körpünün təməlinin qoyulması həyata keçiriləcək.

Səfir yaxın zamanlarda İran xarici işlər nazirinin müavini Mehdi Səfərinin Bakıya səfər edəcəyini açıqlayıb. “Ümumiyyətlə, bizim İranla əlaqələrimiz çox sıxdır və bilirsiniz ki, Azərbaycan rəhbərliyi iki ölkənin əlaqələrinə xüsusi əhəmiyyət verir . Tez-tez səfərlər baş tutur. Növbəti ayda da səfərlərimiz həyata keçiriləcək. Məndə olan məlumata görə, yaxın günlərdə İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin Azərbaycana səfəri nəzərdə tutulub. Eyni zamanda növbəti ayda Baş nazirin müavini Şahin Mustafayevin İrana səfərinin həyata keçirilməsi planlaşdırılır”.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana dəvət olunduğunu qeyd edən səfir bildirib ki, may ayında Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının iclası keçiriləcək.

“Bu iclasa təşkilata üzv ölkələrin parlament sədrləri dəvət olunub. İranın da parlament sədri Azərbaycana dəvət olunub. Biz gözləyirik ki, İran parlamentinin nümayəndə heyəti də yüksək səviyyədə həmin iclasda təmisl olunacaqlar”, – o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər