Bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə 4 971,69 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 1,57% azdır.
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2021-ci ilin yanvar-fevral aylarında Rusiyadan 5 051,09 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, ötən il Rusiyadan Türkiyəyə 26 342 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 63% çoxdur. Ötən il Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.