Almaniyadan Azərbaycana pul köçürmələri 29% artıb

2026-cı ilin ilk yarısında Almaniyadan Azərbaycana fiziki şəxslər tərəfindən $13,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $10,5 milyonla müqayisədə 29,3% çoxdur.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Almaniyanın Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı 2025-ci ilin ilk yarısındakı 2%-dən 1,8%-ə düşüb.

Əks istiqamətdə də artım qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya $11,2 milyon pul köçürülüb. Ötən ilin eyni dövründə bu göstərici $9,7 milyon idi. Beləliklə, Almaniyaya köçürmələr illik müqayisədə 15% artıb.

Almaniyanın Azərbaycandan xaricə göndərilən ümumi pul baratlarındakı payı isə 4,1%-dən 5,4%-ə yüksəlib.

Nəticədə Almaniya ilə pul baratları üzrə xalis daxilolma $2,4 milyon təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici cəmi $760 min idi. Beləliklə, xalis daxilolma bir ildə 3,1 dəfə artıb.

Məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər