14 C
Baku
Saturday, October 5, 2024

Mərkəzi Bank: “Ölkədə cari ilin sonuna inflyasiya faktiki səviyyədən aşağı proqnozlaşdırılır”

Bunu bu gün keçirilən mətbuat konfransında AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.

“Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədə aşağı olacağını, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir”.

O bildirib ki, AMB-nin inflyasiya proqnozu 4+-2%-dir: “Yuxarı hədd dedikdə 6% nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4%-ə yaxınlaşacağını düşünürük”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər