Danimarkanın kriptovalyuta birjası (CCEDK) NanoCard adlı Bitcoin-li debet kartı yaratdı.
Bu kartdan dünyanın müxtəlif ölkələrində virtual valyutanın saxlanması və xərclənməsi üçün istifadə etmək mümkündür.
Kart artıq 13 iyul tarixindən etibarən birja müştəriləri üçün əlçatandır. NanoCard-da Bitcoin ilə yanaşı ABŞ dolları da saxlamaq mümkündür. Bundan əlavə, balansda avro və funt sterlinqin olması da yolverilən haldır.
Kart vasitəsilə gündəlik əməliyyatlar üçün istifadəçilərin təsdiqetmə mərhələsindən keçməsi tələb olunmur. Bunun vəsaitlərə təhlükə yaratması riskinə baxmayaraq, CCEDK kriptovalyuta ilə edilən tranzaksiyaları qorumaq üçün Blockchain Cryptonomex proqram təminatının yaradıcıları ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.