10 C
Baku
Friday, December 13, 2024

Səngəçal terminalı neft və kondensat ixracını azaldıb

2022-ci ilin birinci rübündə Səngəçal terminalı təxminən 57 milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edib.

Banker.az Trendə istinadla xəbər verir ki, bu barədə BP şirkətinə istinadən məlumat verir.

2021-ci ilin birinci rübündə bu göstərici 60 milyon standart kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından neft və kondensat nəqli 5 faiz azalıb.

Qeyd olunur ki, birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Son xəbərlər
Digər xəbərlər