26 aprel 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “PAŞA İNVEST I” MMC-ni dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, şirkətin qanuni təmsilçisi 2010-cu ildən “PAŞA Bank”ın Müşahidə Şurasının üzvü olan Nəriman Sərdarlı Həsən oğludur.
1 000 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr ev 153-dür (Port Baku).